16 C
Baku
27 Oktyabr 2025, 18:02
Baş xəbərDünya

Tanker qəzası: 24 ölüm

Uqandada yanacaqla dolu tankerin aşması nəticəsində dəhşətli qəza baş verib. Hadisədə həyatını itirənlərin sayı 24-ə yüksəlib.

Uqandanın rabitə naziri Qodfrey Kabbyanqa açıqlamasında oktyabrın 22-də Kampala-Bombo yolunda baş verən tanker qəzasında ölənlərin sayının artdığını bildirib.

Xəstəxanada müalicə alanlardan 13-nün dünyasını dəyişdiyini bildirən Kabbyanqa, ölənlərin sayının 24-ə yüksəldiyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 22-də Kampala-Bombo yolunda tanker idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, yanacaq dolu tankerin alov alması nəticəsində baş verən partlayışda 11 nəfər həyatını itirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Təhlükəsizliymiz əmin əllərdədir

Sevinc Sadıqova

52 il əvvəl yoxa çıxan qadın sağ-salamat tapıldı

Aynur Camal

Təbii qaz partlayışı: 4 ölü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu