Baş xəbərDünya

Tapdığı daşla inanılmaz kəşf edən oğlan

İngiltərədə 9 yaşlı uşaq maraqlı kəşf edib. Sahildə oynayarkən digərlərindən çox fərqli bir daş tapan uşaq 3 ildir evdə saxladığı daşın əslində 60 min il əvvələ aid olduğunu və daşın Neandertal əl baltası olduğunu öyrənib. Üç il əvvəl İngiltərənin Qərbi Susseks şəhərində çimərlikdə oynayan oğlan daş tapıb və onun digərlərindən fərqli olduğunu görüb 3 il evdə saxlayıb. O zaman 6 yaşında olan Ben Witten 9 yaşında ikən Uortinq Muzeyində Daş dövrünə aid sərgini ziyarət edərkən sahildə tapdığı daşın sərgidəki alətlərə bənzədiyini görüb.

3 il əvvəl sahildə tapdığı daşı muzeyə aparan Vitten bunun əslində əl baltası olduğunu öyrənib. Özü də bilmədən inanılmaz bir kəşf edən uşağa daşın neandertallar tərəfindən hazırlanaraq istifadə edildiyi və təxminən 40-60 min il yaşı olduğu bildirilir. Uortinq Muzeyinin Arxeologiya üzrə kuratoru Ceyms Saynsberi bildirib ki, bu, son 10 ildə ona göstərilən ən qədim tapıntıdır. O, həmçinin Neandertal baltalarının çox nadir əşyalar arasında olduğunu vurğulayıb.

Neandertal baltası bir müddət Vittendən alınaraq muzeydə nümayiş etdirilib. “Mən onu saxlamaq istəyirdim, amma düşündüm ki, məndə olmasındansa, onun orada qalması daha yaxşı olardı” Witten deyib. Bu kəşflə bölgədəki yerli tapıntıların tarixi dəyəri bir daha sübuta yetirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Ermənilərin Norveçdə Azərbaycanla bağlı formalaşdırdıqları mənfi fikirləri dəyişdirməyi bacarmışıq”

Elnarə Dərziyeva

Yaponiya mövqe tutdu! İsrail mərasimə dəvət edilməyəcək

Aynur Camal

Danimarkadan Qazproma icazə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu