Koreyalılar geniş kulinariya mədəniyyətinə malik olsalar da, bəzi yeməklərdən çəkinirlər. Əsas olanlar süd və süd məhsulları kimi sadalanır. Səbəbi olduqca təəccüblüdür…
Koreyalılar əsasən tərəvəz və dəniz məhsulları, xüsusilə də düyü istehlak etsələr də, onların süd və süd məhsulları istehlakına marağının çox aşağı olduğu qeyd edilir. Bunun əsas səbəblərindən biri laktoza dözümsüzlüyünün yayılmasıdır.
Elmi araşdırmalar göstərir ki, laktoza dözümsüzlüyü Asiyalılarda Avropa və Amerikadan olan insanlara nisbətən daha çox rast gəlinir. Laktoza qarşı dözümsüzlük, bədənin süddə olan laktoza şəkərini parçalaya bilməməsi nəticəsində həzm problemlərinə səbəb olan bir vəziyyətdir.
Koreyada əhalinin əksəriyyəti laktozu həzm etməkdə çətinlik çəkdiyindən, süd məhsullarının istehlakı tarix boyu məhdud olub. Koreyalıların əksəriyyəti süd və süd məhsullarından qaçır, çünki bağırsaq pozğunluğu, qaz və şişkinlik kimi problemlər yaradır.
SOYA SÜDÜNƏ VƏ YA DÜYÜYƏ ÜSTÜNLÜK VERİRLƏR
Koreyalılar süd əvəzinə soya südü və ya düyü kimi qidalara üstünlük verirlər. Qatıq, pendir və qaymaq kimi süd məhsulları Koreya mətbəxinin əsas qidaları arasında heç vaxt olmayıb.
Mənbə: TgrtHaber