23 C
Baku
10 İyun 2025, 23:32
Baş xəbərDünya

Tarixi islahat: Artıq qadınlarda səs verəcək

Katolik kilsəsində tarixi addım atılıb.

Bugun.tv xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk qadınlara qarşıdan gələn Yepiskoplar Yığıncağında səs verməyə icazə verməklə tarixi islahat imzalayıb.Katolik kilsəsində tarixi addım atılıb.

Ruhani lider Papa Fransisk qadınların da qarşıdan gələn Yepiskoplar Yığıncağında səs verməli olduğuna qərar verib.

Bu addımla qərarvermə proseslərində qadınlara daha çox məsuliyyət verilməsinin və Katolik kilsəsində adi insanların daha çox söz sahibi olmasının hədəfləndiyi bildirilib.

Qərardan əvvəl iclaslarda 2021-ci ildə Yepiskoplar Məclisində səsvermə hüququ ilə müşavirə vəzifəsinə təyin edilmiş yalnız 1 qadın səs verə bilərdi.

Qərarla isə yepiskop olmayan 70 nəfər Yepiskoplar Şurasına təyin ediləcək və onların yarısı qadın olacaq.

1960-cı ildən bəri kilsəsini qadınlara ikinci dərəcəli insan kimi yanaşmasını tənqid edən katolik qadın qrupları bu addımı kilsənin 2000 illik tarixində mühüm addım kimi qiymətləndirib.

Mənbə: ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Empatiya itirildikdə başda nə baş verir: Alimlərin cavabı

Aynur Camal

Zəlzələ qurbanlarının haqq müraciəti təsdiqləndi

Bugün TV

Pentaqon Kiyevə sursat göndərməyə hazır olmadığını bildirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu