19 C
Baku
22 Noyabr 2024, 16:20
Baş xəbərDünya

Tarixi tərsanədə qorxulu yanğın: Nüvə sualtı qayıqları alovlara büründü

İngiltərənin 100 ildir donanma üçün gəmilər istehsal edən tarixi gəmiqayırma zavodunda yanğın baş verib. Yanğınsöndürmə qruplarının yanğına müdaxiləsinin davam etdiyi bildirilərkən, nüvə sualtı qayıqları alov içində qalıb. Səlahiyyətlilər ətrafdakılara xəbərdarlıq edib ki, qapı və pəncərələri bağlasınlar. İngiltərənin Kumbria bölgəsindəki Barrou-in-Furness liman şəhərində yerləşən BAE Systems aerokosmik şirkətinin gəmiqayırma zavodunda qorxulu yanğın baş verib. Tersanede 1,6 milyard funt-sterlinqə (71,3 milyon TL) bir nüvə sualtı qayığının inşası zamanı dokdan tüstünün qalxdığı görülüb.

Daily Mail-də yer alan xəbərə görə, gecə yarısından az sonra başlayan yanğınla əlaqədar iki nəfər xəstəxanaya yerləşdirilib və yanğının necə başladığının bilinmədiyi qeyd edilib.

Sakinlərə ərazidən uzaq durmaq, qapı-pəncərə açmamaq tövsiyə edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğına müdaxilə edir.

Nüvə sualtı qayıqlarını mühasirəyə alan yanğınla bağlı BAE Systems tərəfindən verilən açıqlamada, “Təmizləmə zavodumuzda baş verən yanğınla mübarizə üçün təcili xidmət qrupları ilə birlikdə çalışırıq” deyilir. Şahidlərdən biri tərsanədən “böyük partlayış” eşitdiyini bildirərkən, başqa bir şahid – “Qorxuludur. Çünki ən son istədiyiniz BAE Systems-in alov almasıdır. Yenə də təhlükə elementi varsa, səlahiyyətlilər hamını fövqəladə vəziyyətlə bağlı xəbərdar edərdilər”.

Cumbria Yanğın və Xilasetmə Xidməti bildirib: “Hazırda ekipajlarımız yanğınla mübarizə aparır. Ərazidəki sakinlərə pəncərə və qapıları bağlı saxlamağı və ərazidən uzaq durmağı tövsiyə edirik”.

Sualtı qayıqlara nüvə silahının yüklənib-dolanmadığı bilinməsə də, polis nüvə təhlükəsinin olmadığını vurğulayıb.

100 ildir Britaniya Hərbi Dəniz Qüvvələri üçün gəmilər istehsal edən tarixi gəmiqayırma zavodu nüvə sualtı sifarişlərinin üçü istisna olmaqla, hamısını inşa edib.

2018-ci ildə nüvə sualtı qayığı tikilərkən tarixi tərsanədə yanğın baş verdi. 2023-cü ildə bir neçə işçi gəmiqayırma zavodunda dəm qazı sızması səbəbindən xəstəxanaya yerləşdirildi.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

“Yolyemezler” mütəşəkkil cinayət qrupu məhv edildi: 19 nəfər saxlanıldı

Kəmalə Sultan

Odlu silah gəzdirən şəxs saxlanıldı

Teymur Əziz

Teslanın daha az vergi ödəmək planı: Hindistana 2 milyard dollar sərmayə qoyacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu