Min illər əvvəl Rusiya və Alyaskanı birləşdirən Berinq boğazında quru körpünü keçən sibirlilərin Amerikanın ilk sahibləri olan yerli amerikalıların yeganə əcdadları olduğuna inanılırdı.
News from China ilə tarix kitablarına düşən bu nəzəriyyə artıq dəqiqliyini itirib. Çünki, Çin Elmlər Akademiyasının tədqiqatçıları qitəyə ilk immiqrantların Çinin şimal sahil bölgəsindən gəldiyinə dair sübutlar meydana gəlib.
Sözügedən araşdırmaya görə, insanlar Amerikaya 26.000 il əvvəl Çindən gəliblər. Başqa sözlə, Amerika qitəsinə ilk köç 10 min il əvvəl baş verib.
Analardan uşaqlarına ötürülən mitoxondrial DNT-ni təhlil edərək, Çin qrupu bir qadın nəslini izlədi və Çili, Peru, Boliviya, Braziliya, Ekvador, Meksika və Kaliforniyadakı əsas əhali ilə Şərqi Asiya Paleolit dövrü populyasiyalarının əlaqəsini tapdı.
Tədqiqat həmçinin 19.500 il əvvəl iqlim dəyişikliyi səbəbilə əhalinin yer dəyişikliyi etməsi ilə də əlaqələndirilir.
Kəşf Çin, Yaponiya və Amerikanın paleolit xalqları arasındakı arxeoloji oxşarlıqları izah etməyə kömək edir.
Mənbə: hurriyet.tr