30 C
Baku
27 İyul 2025, 20:47
Mədəniyyət

Taylı tayını tapmasa

Mən bir qıza vurulmuşam. Mahnıda deyildiyi kimi gözlər badamı, dəli edər adamı.

Qız deyil ceyrandır. Ətəy qısa, göbəyi bayırda, sinəsi açıq, göz qamaşdirir, hündür qırmızı dikdaban da, yeriyəndə yer titrəyir.

Əndamı yanmış məni görəndə gözaltı baxıb, gülümsəyir. Gülümsəməyilə ağlımı başımdan alır. Sonra bütün günü özümə gələ bilmirəm. Gecələr yuxuma girir, gündüzlər ağlımı başımdan alır.

Anam məni fikirli görüb soruşdu:

– Ay oğul, neçə gözümə bir təhər deyirsən, fikirli gəzirsən, gəmilərin batıb.

Dedim ay ana, bir qıza vurulmuşam, qız deyil, ay parçasıdır. Gözlər badamı, dəli edər adamı. Ətəyi qısadır, göbəyi bayırdadır, sinəsi açıqdır, hündür qırmızı dikdabanda yeriyəndə yer titrəyir. Amma bir iş var ki, mən qızı aldım, onun ətəyini, göbəyini, açıq- saçıq sinəsini kim bağlayacaq?

Anam dedi, ay oğul, onun fikrini çəkirsən? Sən qızı al, yerdə qalan mənlikdir

Anamın bu sözündən sonra cürətlənib qıza yaxınlaşıb, ürəyimi açmaq istəyirdim ki, xəbər tutdum qız nişanlanıb. Burda deyiblər ağıllı fikirləşənə kimi dəli vurdu keçdi.

Bir neçə gün əvvəl dənizkənarı parkda nişanlısı ilə qarşıma çıxdı. Oğlan şortikdə, qulağında sırğa, saçları sarı rəngdə əl-ələ tutub gedirdilər. Məni görcək göz altı baxıb, gülümsədi. Hə, taylı tayini tapmasa günü ahu- vayla keçər. O ki, qaldı mənə türklər demişkən bekaram, tayımı axtarıram.

 

Yazıçı-dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Dünya memarları Bakıya gəldi

Bugün TV

Azərbaycan kinematoqrafçılar ittifaqı kino günü ənənəvi mükafatının qaliblərini açıqladı

Aynur Camal

Müəllif qonorarlarının və haqlarının qaydalarında dəyişiklik edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu