23 C
Baku
9 İyun 2025, 23:23
Baş xəbərDünya

“Tbilisi regionda Bakı ilə əməkdaşlığa xüsusi önəm verir”

“Azərbaycanla Gürcüstanı təkcə siyasi-iqtisadi, humanitar və mədəni sahələr deyil, eyni zamanda dərin tarixi köklər, əsrlərə dayanan qonşuluq münasibətləri birləşdirir. Sevindirici hal ondan ibarətdir ki, bu münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq hər ötən gün daha da inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur. Heç şübhəsiz ki, Gürcüstan prezidentinin ölkəmizə səfəri də bu mənada mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Bugun.tv-yə Milli Məclisin deputatı İlham Məmmədov Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfərini şərh edərkən səsləndirib.

Millət vəkili deyib ki, yeni dünya nizamının formalaşmasında Cənubi Qafqazın, xüsusilə bu coğrafiyada Azərbaycanın yeri və rolunu düzgün qiymətləndirən Tbilisi Bakı ilə əməkdaşlığa xüsusi önəm verir:

“Bir müddət əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidzenin, bu günlərdə isə bu ölkə prezidentinin Azərbaycana səfər etməsi məhz bunun göstəricisidir”.

İlham Məmmədov bildirib ki, Gürcüstan rəhbərliyi bu regionda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir:

“Çünki hər iki ölkə Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Elə Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin Bakıda Cənab İlham Əliyevlə keçirdiyi görüş zamanı söylədiyi fikirlər də bunu təsdiq edir. Rəsmi Tbilisi də Bakı ilə eyni mövqedədir ki, regionun daha da inkişafı məhz bu coğrafiyada sülh və təhlükəsizliyin təmin edilməsindən keçir. Bu mənada Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bu prosesin tezliklə baş tutacağına ümidlidir”.

Deputat qeyd edib ki, bu gün Gürcüstanla Azərbaycan arasında əlaqələr normal qonşuluq münasibətlərindən əlavə, həm də strateji tərəfdaşlıq xarakteri daşıyır:

“Hər iki ölkəni regional və qlobal əhəmiyyətli layihələr birləşdirir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri bunları əyani sübutudur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra regionda yaranan yeni reallıqlar və Zəngəzur dəhlizinin açılmasının artıq reallığa çevrilməsi iki qonşu ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına yol açıb”.

İlham Məmmədov əmin olduğunu bildirib ki, Gürcüstan prezidentinin Azərbaycana səfəri Bakı ilə Tbilisi arasında əlaqələrin inkişafında yeni bir mərhələ olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Çinin FAST teleskopu ən sürətli ikili pulsarı kəşf edib

Kəmalə Sultan

15 il əvvəl törədilmiş qətlin üstü açıldı

Nigar Məmmədova

Deputat Sevinc Hüseynova növbəti qəbul keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu