Tbilisinin Ortaçala adlanan ərazisindəki Qorgosali küçəsində minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
Bugun.tv xəbər verir ki, qəza nəticəsində 11 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma maddəsi ilə istintaq başlanılıb.
