Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında bildirib ki, Azərbaycan bu günlərdə sözügedən Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.
Dövlətimizin başçısının sözlərinə görə, təşkilatın cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil.
Mənbə: prezident.az