24 C
Baku
29 İyun 2025, 0:58
Mədəniyyət

“Teatrda tamamlanıram, sanki öz yerimdəyəm”- ÖZƏL+FOTOLAR

Tanınmış aktrisa Oksana Rəsulova bir müddətdir ki, teatrda çalışır. Özünü ilk dəfə teatr aktrisası kimi sınayan sənətçi fikirlərini Bugun.tv  ilə bölüşüb.

“Artıq 1 ilə yaxındır ki, “M. teatr”-ın aktrisasıyam. Teatrımız yay aylarından fəaliyyətə başlayıb. Ötən həftə mənim ilk oynadığım tamaşanın premyerası baş tutdu. “İnstinkt” tamaşası iki əsər üzərində qurulub. Birincisi Fransk Kafkanın, ikincisi isə gənc yazar Pərviz Seyidlinin əsəri. Xalq artisti Vidadi Həsənov bu iki əsər üzərində pyes yazaraq səhnələşdirib. Səhnədəki tərəf müqabilim isə peşəkar aktyor Ziya Ağadır. Teatrda tamamlanıram, sanki öz yerimdəyəm” deyə aktrisa bildirib.

Oksana Rəsulova bildirib ki, “İnstinkt” tamaşası növbəti dəfə dekabr ayının sonunda nümayiş olunacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Türk anası türk nə istər həyatda? Müharibə olmasın heç vaxt dünyada!”

Aynur Camal

Günümüz güzaranamız

Aynur Əfəndi Zadə

Rusiyada Gülnarə Xəlilovanın “Xarıbülbül” və “Qarabağ” kolleksiyaları təqdim olunacaq

BuGün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu