TƏBİB, əməkhaqqı islahatı, tibb işçiləri, səhiyyə, tibbi xidmət, əlilliyi olan şəxslər, diaqnostika, Məhluqə Qaramanlı
Sosial

TƏBİB-də əməkhaqqı islahatları tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək?

Bugun.tv xəbər verir ki, TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydaların 1 sentyabr 2026-cı ildən qüvvəyə minməsi səhiyyə sahəsində mühüm dəyişiklik kimi qiymətləndirilir.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı (Rəhimova) hesab edir ki, islahat yalnız tibb işçilərinin gəlirlərinin artırılması kimi deyil, vətəndaşların keyfiyyətli, əlçatan və şəffaf tibbi xidmətlərə çıxışının genişləndirilməsi baxımından da dəyərləndirilməlidir.

Onun sözlərinə görə, yeni sistem 72 212 tibb işçisini əhatə edir və əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsait ayrılıb. Ayrı-ayrı kateqoriyalar üzrə əməkhaqqı artımının 135 faizə qədər yüksəlməsi də islahatın miqyasını göstərir.

Məhluqə Qaramanlı bildirib ki, əməkhaqqının artırılması ilə yanaşı, tibbi qərarların pasiyentin maraqları, klinik göstərişlər və tibbi etika əsasında qəbul edilməsi vacibdir. O, MRT, exokardioqrafiya və kolonoskopiya kimi müasir diaqnostik imkanların genişləndirilməsinin də əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, xüsusilə əlilliyi olan şəxslər və digər həssas qruplar üçün tibbi xidmətlərin fiziki, maliyyə və informasiya baxımından əlçatanlığı təmin edilməlidir.

Aynur Camal

Oxşar xəbərlər

Ankarada Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirildi

Aynur Camal

Autizmli uşağa qarşı zorakılıq ciddi nəzarət tələbini gündəmə gətirdi

Elnarə Dərziyeva

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu