Ted Bundy– Ted Bundy indiyə qədər top onluqda olan ən təhlükəli seriyalı qatillərdən hesab olunur. Onun kifayət qədər yaraşıqlı və ağıllı olması , bir müddət onu şübhə altında olmaqdan qoruyurdu.Ted Bundy psixologiya və hüquq üzrə təhsili olan və çevrəsində xüsusi hörmət edilən şəxslərdən idi. Ted Bundy-yə qədər seriyalı qatil anlayışı olmamışdır. Hətta polislər ilk vaxtlar cinayətin ayrı-ayrı şəxslər tərəfindən törədildiyini düşünürdülər. Ted , 10 il boyunca iddialara etiraz etmiş, yalnız ölümünə az müddət qalmış , 30-dan çox cinayət törətdiyini etiraf etmişdir. Onun IQ səviyyəsi göstəricilərə görə 136 idi.
Chikatilo– Ukrayna doğumlu olan bu qatil “Rostov Canavarı” ləqəbi ilə tanınırdı. O məktəbdə yaxşı oxumasına və qiymətlərinin əla olmasına baxmayaraq, təhsil almaq istədiyi Moskva Dövlət Universitetinə qəbul edilmir və bunu atasının almanlara əsir düşməsi ilə əlaqələndirirdi. Məktəbdə müəllim kimi çalışan Çikatilo ilk cinayətini 1978-ci ildə 9 yaşında qızı öldürməklə başlayır.12 il sonra – 1990-cı ildə həbs edilir və öldürülməsinə qərar verilir. Çikatilo isə bu müddət ərzində 50-dən çox cinayət törətmiş olur.
Jeffrey Dahmer- Cinayətlərinə 18 yaşında başlayan Jeffrey, nekrofil, hannibal, təcavüzkar olmaqla günahlandırılır. O, atası kimya mühəndisi və anası psixoloji problemləri olan ailədə doğulmuşdu. İl ərzində polisdən gizlənə bilsə də, “Cannibal of Milwaukee” ləqəbli Jeffrey 1991-də həbs edilir və o, 1994-cü ildə başqa bir məhkum tərəfindən öldürülür.