10 C
Baku
6 Aprel 2026, 23:04
Digər

Tehranda həkimlər ABŞ və İsraili xəstəxanalara hücumlara görə etiraz etdi

Tehran şəhərində tibb işçiləri ABŞ və İsrail tərəfindən ölkədəki xəstəxana və səhiyyə mərkəzlərinin hədəfə alınmasına etiraz olaraq aksiya keçiriblər.

Məlumata görə, Yaxın Şərqdə davam edən münaqişə fonunda İran ərazisində mülki obyektlər, o cümlədən səhiyyə infrastrukturu da zərbələrə məruz qalır.

TEHRANDA HƏKİMLƏR AKSİYA KEÇİRDİ

Bildirilib ki, paytaxtda həkimlər və tibb tələbələri səhiyyə müəssisələrinin vurulmasına etiraz edərək küçələrə çıxıblar. Aksiya İmam Xomeyni Xəstəxanası ərazisində keçirilib.

Etirazçılar “İsrailə ölüm, ABŞ-yə ölüm” şüarları səsləndirib, həmçinin İran bayraqları və hücumlar zamanı həyatını itirən səhiyyə işçilərinin şəkillərini nümayiş etdiriblər.

24 SƏHİYYƏ İŞÇİSİ HƏYATINI İTİRİB

İran Milli Təcili Yardım Xidməti rəhbəri Cəfər Miadfər bildirib ki, hücumlar nəticəsində yaralılara yardım göstərərkən 24 səhiyyə işçisi həlak olub.

Onun sözlərinə görə, həyatını itirənlərdən 3-ü təcili tibbi yardım əməkdaşı, digərləri isə müxtəlif sahələrdə çalışan həkim, tibb bacısı və texniki heyət üzvləridir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərədə insult müalicəsində gecə-gündüz xidmət boşluğu: 24/7 trombektomiya hələ tam təmin edilmir

Aynur Camal

“Arvad effekti”: kişilərin görünüşünü dəyişən psixoloji fenomen nədir?

Aynur Camal

Pakistan ABŞ–İran–İsrail gərginliyini azaltmaq üçün “iki mərhələli atəşkəs” təklifi irəli sürüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu