27 C
Baku
21 İyul 2025, 7:50
Baş xəbər

“Teknofest”də qaliblər bəlli oldu

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub.

Türkiyənin Adana şəhərində “Teknofest” yarışının mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan da iştirak edib. Bildirilib ki, “Teknofest” yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1,6 milyondan çox iştirakçı qeydiyyatdan keçib.

Sonda qalib komandalara mükafatlar təqdim edilib.

Qeyd edək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər.

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Mərmərə adasındakı yanğın davam edir

Bugün TV

Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb

Nigar Məmmədova

QHT nümayəndəsi Vyanada keçirilən COP12 UNTOC toplantısında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu