Bugun.tv xəbər verir ki, Tekirdağın Ergene şəhərindəki fabrikdə çap maşını alovlanaraq yanıb. Həmin anlar kameraya düşüb. Hadisədən sonra yaralanan 3 işçi xəstəxanaya aparılıb. Emalatxananı boşaldan işçilər çölə qaçıblar.
TRT Haberin məlumatına görə, hadisə yerinə gələn yanğınsöndürənlər alovu böyümədən söndürüblər. Jandarma hadisə ilə bağlı araşdırma başladıb.
Müxbir: Şəms Elnurqızı