22 C
Baku
11 Oktyabr 2025, 18:43
Texnologiya

Telefonsuz oyan və ruhun sağalsın

Səhər telefondan istifadəni qısa müddətə də olsa təxirə salmaq, dopamin və serotonin səviyyələrini artırır, diqqət və əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Günün əvvəlində telefonunuzun ekranını yoxlamağı təxirə salmaq beyin sağlamlığında əvvəllər düşünüldüyündən daha böyük fərq yarada bilər. ABŞ-da yerləşən Axios xəbər təşkilatına danışan davranış üzrə alim Zelana Montminy qeyd edib ki, səhər etdiyiniz ilk iş günün zehni tonunu təyin edir. Oyananda beynin “yaş sement” kimi olduğunu qeyd edən Montminy, özünüzə “İstirahət hiss edirəmmi? Yuxularımı xatırlayırammı?” əvvəlcə telefonunuzu yoxlamaqdan daha faydalıdır.

Bu arada, qlobal araşdırma göstərir ki, ekran vaxtının məhdudlaşdırılması, təkcə səhərlər deyil, ümumiyyətlə, oxşar faydalar təklif edir. Üç günlük rəqəmsal detoks və ya gündəlik maksimum iki saat telefon istifadəsi dopamin və serotonin səviyyələrinin artmasına səbəb olur. Bu, öz növbəsində, diqqəti və ümumi rifahı artırır. Montminy, ekran vaxtının məhdudlaşdırılmasına kiçik başlana biləcəyini vurğulayaraq, sadəcə iki dəqiqənin belə müsbət fərq yarada biləcəyini ifadə edir. İradə gücü kifayət etmədikdə, yüklənə bilən “tətbiqi bloklayan platformalar” və ya rəqəmsal məlumatlılıq alətlərindən istifadə edilə bilər. Bəzi insanlar telefonlarını kilidləməklə səhər işləri üçün fiziki sərhədlər yaratmağa üstünlük verirlər.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

50 məktəbdə bu internet sistemindən istifadəyə başlanıldı

Teymur Əziz

İlon Maskın sosial şəbəkəsi televizorlar üçün YouTube-un analoqunu işə salacaq

Aynur Camal

Doodle video nədir və necə hazırlanır? – TƏLİMAT

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu