Bugun.tv xəbər verir ki, populyar mesajlaşma proqramı WhatsApp bu dəfə Telegram-a kanallar funksiyasını əlavə etmək üzərində işləyir.
Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp, istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir.
Windows, Android və İOS platformalarında davamlı sınaqlar həyata keçirən WhatsApp indi istifadəçilər üçün çox faydalı olacaq funksiya üzərində işləyir. Məşhur mesajlaşma proqramı bu dəfə Telegram-ın kanallar funksiyasını daxil etmək üçün çalışır.
WhatsApp-ın Android 2.23.10.14 beta versiyasında ortaya çıxan kanallar xüsusiyyətinin ekran görüntüsü də paylaşılıb. Kanal üzvləri göndərənin telefon nömrəsini görməyəcək və bununla da məxfilik qorunacaq.
Bu versiyanın nə zaman tətbiq ediləcəyi məlum deyil. Bununla belə, beta testinin başlaması funksiyanın tezliklə istifadəyə veriləcəyini göstərir.
Mənbə: SABAH
