“The Telegraph” yazır ki, ABŞ dövlətinin fasilə elan etməsi Ukraynaya silah tədarükünü təxirə salacaq.
Məqalədə deyilir: “Amerika silahlarının döyüş meydanına çatdırılması ABŞ hökumətinin fəaliyyətini dayandırması səbəbindən gecikə bilər.
ABŞ hökumətinin bağlanmasından sonra ABŞ-ın Kiyevə hərbi dəstəyi ilə bağlı müzakirələrin dayandırıldığı aydınlaşır. Bir neçə Ukrayna nümayəndə heyəti ABŞ nümayəndələri ilə müxtəlif mövzularda görüşlər planlaşdırmışdı. İndi onlar gələcək həftələr üçün planlarını dəyişirlər.
Xatırladaq ki, ABŞ hökuməti oktyabrın 1-də Konqresin büdcəni qəbul etməməsi səbəbindən fəaliyyətini dayandırmışdı. Wall Street Journal bundan əvvəl ABŞ-ın illərdir Ukraynaya gizli şəkildə pilotsuz təyyarələrin istehsalı ilə bağlı yardım etdiyini yazmışdı.
Mənbə: mail.ru