Bugun.tv xəbər verir ki, Almaniyanın Bavariya əyalətində yağan dolu səbəbindən çoxlu heyvan ölüb, binalara ziyan dəyib.
Bad Tölz-Volfratshauzen bölgəsində ən azı 18 maral və çoxlu ördək, toyuq tələf olub.
Dolu bəzi avtomobillərin şüşələrinin də sınmasına səbəb olub. Almaniya Meteorologiya İdarəsi (DWD) bölgədə dolunun davam edə biləcəyi barədə xəbərdarlıq edib.