35 C
Baku
20 İyul 2025, 10:35
DünyaHadisə

Terror aktı nəticəsində 7 nəfər öldü

Bugun.tv xəbər verir ki, hadisə Malidə baş verib. Bu barədə yerli mənbələr məlumat yayıb.

Naməlum silahlı şəxslər Burkina-Fasoya yaxın Heremakono sərhəd postuna hücum ediblər. Hadisədə qanalı sürücü və polis məmuru həyatını itirib. 3 nəfər isə yaralanıb.

Eyni zamanda, ölkənin daxili hissəsində yerləşən Mopti bölgəsinin Bankass rayonunun Djan-Oikoro kəndində də terror aktı baş verib. Nəticədə 5 nəfər həlak olub.

Qeyd edək ki, “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Ukraynada 3 nazir istefa ərizəsini parlamentə təqdim edib

Aynur Camal

İsrail Dəməşqə raket zərbələri endirdi, 5 nəfər həlak oldu

Nigar Məmmədova

Çində daş kömür karxanasının çökməsi nəticəsində 5 nəfər həlak olub

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu