Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, Bondi Beach-də keçirilən antisemit terror aktında insanların həyatını xilas etməyə çalışmış mülki şəxslər və ilk yardım göstərənlər üçün xüsusi qəhrəmanlıq mükafatları veriləcək.
Xatırladaq ki, bu hadisə 14 dekabrda baş verib və 15 nəfərin ölümünə səbəb olmuşdu. Albanese bu addımı “insanlıq nümunəsi” kimi xarakterizə edərək, cəsarət göstərənləri hörmətlə yad edib və bu cür mükafatların böyük cəsarətə görə verildiyini bildirib.
Mənbə: taipeitimes.com
