23 C
Baku
27 İyul 2025, 2:41
Baş xəbərHadisə

Terror təşkilatı PKK üzvü olan 2 şübhəli yaxalandı

Bugun.tv xəbər verir ki, Konyada iki şübhəli terror təşkilatı PKK/KCK üzvü olduqları səbəbilə saxlanılıb. İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları terror təşkilatı üzvlərinə qarşı işlərini davam etdirir. Bu çərçivədə daha əvvəl PKK/KCK silahlı terror təşkilatında fəaliyyət göstərən və Konyanın mərkəzində yaşadığı məlum olan Suat A. əməliyyatla yaxalanıb.

TRT Haber-in məlumatına görə, Almaniyada PKK/KCK silahlı terror təşkilatının təbliğatının aparıldığı tədbirə qatıldığı müəyyən edilən Muhammet T. də Ereğli rayonundakı evində keçirilən əməliyyat zamanı saxlanılıb.

Şübhəlilərin uşaq ikən təşkilata qatılaraq təhsil aldıqları, Suat A-nın isə bir müddət sonra təşkilatdan qaçdığı öyrənilib. Muhammet T-nin sosial mediada terror təşkilatı təbliğatı apardığı müəyyən edilib.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bəzi materiallar ələ keçirilib.

Şübhəlilərin polis bölməsində əməliyyatları davam edir.

Aynur Camal

Oxşar xəbərlər

Tropik “Trami” qasırğasında ölənlərin sayı 116-ya çatıb

Aynur Camal

Co Bayden prezident seçkilərinə vaxtından əvvəl səs verdi

Aynur Camal

Yeni poçt markaları dövriyyəyə buraxılıb

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu