16 C
Baku
16 Noyabr 2025, 2:16
Dünya

Terror təşkilatının motosikletlə hücumu: 10 nəfər ölüb, 160 nəfər qaçırılıb

Boko Haram terror təşkilatı Nigeriyanın Neyger əyalətində motosikletlə hücum təşkil edib. Hücumda 10 nəfər həyatını itirib, 160 nəfər qaçırılıb. Nigeriyanın Niger əyalətinin Kuçi bölgəsinə motosikletlə gələn terror təşkilatı Boko Haram üzvləri saatlarla davam edən hücum həyata keçirib. Milli mətbuatda yer alan xəbərə görə, hücumda 10 nəfər həyatını itirib, 160 nəfər isə qaçırılıb. Çox sayda evin yandırıldığı hücumda terrorçular bölgə sakinlərindən ərzaq məhsulları oğurlayıblar.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Ümumi amnistiya elan edildi! 

Aynur Camal

D.Tramp yenidən yaxşı formadadır: Mən qadın olsaydım, makiyaj etmək əvəzinə üzümü örtərdim

Kəmalə Sultan

İtaliya məhkəməsi Maradonaya ölümündən sonra vergidən yayınma ittihamı üzrə bəraət verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu