23 C
Baku
10 İyul 2025, 6:05
Dünya

Terror təşkilatının motosikletlə hücumu: 10 nəfər ölüb, 160 nəfər qaçırılıb

Boko Haram terror təşkilatı Nigeriyanın Neyger əyalətində motosikletlə hücum təşkil edib. Hücumda 10 nəfər həyatını itirib, 160 nəfər qaçırılıb. Nigeriyanın Niger əyalətinin Kuçi bölgəsinə motosikletlə gələn terror təşkilatı Boko Haram üzvləri saatlarla davam edən hücum həyata keçirib. Milli mətbuatda yer alan xəbərə görə, hücumda 10 nəfər həyatını itirib, 160 nəfər isə qaçırılıb. Çox sayda evin yandırıldığı hücumda terrorçular bölgə sakinlərindən ərzaq məhsulları oğurlayıblar.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

T.İsmayılov: “Ermənistanın Rusiyanı Haaqa məhkəməsinə çıxardacaq bir gücü yoxdur”-ŞƏRH

Nigar Məmmədova

Cənubi Koreya: “Şimali Koreya Rusiyaya təxminən 7 min konteyner sursat göndərib”

İntizar Əmirova

Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında ilk diplomlar təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu