22 C
Baku
9 Sentyabr 2025, 4:11
Baş xəbərDünya

Terrorçular 30 nəfəri girov götürdü

Nigeriyada Kaduna-Abuja avtomobil yolu ilə hərəkət edən silahlı şəxslər 30 nəfəri girov götürüb.

Bugun.tv xəbər verir ki, “Daily Trust” qəzeti bu barədə yerli hakimiyyət orqanlarına və şahidlərə istinadla məlumat yayıb. Senator Şehu Saninin sözlərinə görə, silahlılar yolu bağlayıb, insanları maşınlarından düşürərək naməlum istiqamətə aparıblar.

Bu, son aylar baş verən ilk belə hadisədir. 2023-cü il martın 1-də həmin rayonda 23 turist qaçırılmışdı.

Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında silahlı qruplaşmalar xeyli fəallaşıb. Onlar yaşayış məntəqələrinə hücumlar təşkil edir, mağazaları talayır və insanları girov götürürlər.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

“Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

Nigar Məmmədova

İtaliyada 30-dan çox fələstinli uşaq müalicə olunacaq

İntizar Əmirova

Bakıda sıxlıq olan yollar açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu