Bugun.tv xəbər verir ki, Tuncelinin Ovacık mahalının çöl ərazisində həyata keçirilən əməliyyatda terrorçuların istifadə etdiyi müəyyən edilən 11 sığınacaq məhv edilib. Valilikdən edilən açıqlamaya görə, İl Jandarma Komandanlığı qrupları rayonun Otlubahçe kəndi bölgəsində “Şəhid Prokuror Murat Uzun əməliyyatı” həyata keçirib.
TRT Haber-in məlumatına görə, Meşə sahəsində axtarış və tarama işləri aparan təhlükəsizlik qüvvələri terrorçuların istifadə etdiyi 11 sığınacaq müəyyən edib. Sığınacaqlarda 2 piyada tüfəngi maqazin, 130 piyada tüfəngi patronu, 2 Kalaşnikov piyada tüfənginin maqazin, 12 Kalaşnikov piyada tüfənginin patronu, 2 əl durbin, hücum jiletləri və çoxlu yaşayış materialları ələ keçirilib.
Sığınacaqlar jandarma qrupları tərəfindən yararsız hala salınıb.
