Dünya

Tesla ABŞ-da təxminən 240 min avtomobilini geri çağırıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, arxa görüntü kamerası probleminə görə təxminən 240 min avtomobilini geri çağırıb.

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, Tesla-nın bəzi 2024-2025 Model 3 və Model S, 2023-2025 Model X və 2023-2025 Model Y avtomobillərini geri çağırdığı ifadə edildi.

Açıqlamada, sözügedən vasitələrdə kompüterin dövrə lövhəsinin qısaqapanmasının arxa görüntü kamerasının görüntüsünün itməsinə səbəb ola biləcəyinə diqqət çəkilərək, bunun sürücünün arxa görünüşünü azaldacağı və toqquşma riskini artıracağı vurğulanıb.

Açıqlamada geri çağırılmadan təsirlənən potensial avtomobil sayının 239 min 382 olduğu və Teslanın problemi həll etmək üçün uzaqdan edilə bilən proqram yeniləməsini pulsuz olaraq yayımladığı ifadə edilib.

Açıqlamada, Tesla-nın elektron lövhəsində nasazlıq olan və ya ola biləcək bütün avtomobilləri də aşkarlayacağı və bu kompüterlərin pulsuz olaraq dəyişdiriləcəyi bildirilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu