16 C
Baku
27 Oktyabr 2025, 9:45
Digər

Tesla dünyanın ən böyük Supercharger stansiyasını inşa edəcək

Bugun.tv xəbər verir ki, Tesla dünyanın ən böyük Supercharger stansiyasını qurmağı planlaşdırır. Burada 164 enerji doldurma qurğusu yerləşdiriləcək. Elektrikli avtomobil istehsalçısı Tesla bununla da dünya üzrə 40 min Supercharger stansiyasına sahib olacaq.

Kaliforniyada qurulacaq yeni məntəqənin 250 kVt gücündə olması planlaşdırılır. Stansiyaya həmçinin qoşqulu avtomobillərin daha asan doldurulması üçün 16 böyük qurğu yerləşdiriləcək. Dayanacaq sahələri günəş panelləri ilə örtüləcək.  Şəbəkədən kənar mikroşəbəkə yaratmaq üçün Megapack batareya sistemi quraşdırılacaq.

Bundan əlavə, stansiyada yerləşdiriləcək Starlink terminalları ilə yüksək sürətli internet bağlantısı təmin ediləcək.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Qubada polisi məktəblilərlə görüşdü 

Kəmalə Sultan

“ABŞ və Rusiya arasında fikir ayrılıqları dərinləşir..”

Aynur Camal

Fransada muzeydən dəyəri 9 milyon 500 min avro olan qiymətli əşyalar oğurlandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu