17 C
Baku
10 İyun 2025, 1:53
Dünya

Teylor Sviftin konsertləri terror təhlükəsi səbəbindən ləğv edildi: 2 nəfər saxlanıldı

Məşhur amerikalı müğənni Taylor Swift-in Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən konsertləri “hücum” narahatlığı ilə 2 nəfərin saxlanılmasından sonra ləğv edilib.

Avstriyada mümkün terror aktının qarşısı alınıb. Polis iki nəfəri terror təşkilatı DEAŞ-a rəğbət bəslədikləri və amerikalı müğənni Taylor Swift-in konserti zamanı terror aktı planlaşdırdıqları səbəbilə saxlayıb.

Avstriyanın İctimai Təhlükəsizlik Baş direktoru Franz Ruf keçirdiyi mətbuat konfransında, səhər saatlarında paytaxt Vyanadan təxminən bir saatlıq məsafədə, Aşağı Avstriya bölgəsində DAİŞ-lə əlaqəsi olan 19 yaşlı şübhəlinin saxlanıldığını bildirib. Ruf, “19 yaşındakı cinayətkarın Vyanadakı Taylor Swift konsertlərinə fokuslandığını aşkar etdik” dedi və şübhəlinin evində kimyəvi maddələrin ələ keçirildiyini söyləyib.

Vyanada şübhəli şəxslə əlaqədə olduğu güman edilən ikinci şəxs də saxlanılıb. İlkin istintaqın nəticələrinə görə, hər iki şübhəlinin internetdə terror təşkilatına rəğbət bəslədikləri müəyyən edilib.

MÜĞƏNNİNİN Vyanada 3 KONSERTİ LƏĞV EDİLDİ

Təşkilatçılar Sviftin paytaxt Vyanada sabah, cümə və şənbə günləri keçiriləcək üç konsertinin ləğv edildiyini açıqlayıb. Barracuda Music-in verdiyi açıqlamada, “Hökumət rəsmiləri Ernst Happel stadionunda terror aktı planlaşdırıldığını təsdiq etdikdən sonra hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan üç şounu ləğv etməkdən başqa çarəmiz qalmadı” ifadəsi ilə tamaşaçıların biletlərinin geri qaytarılacaqdı.

Digər tərəfdən, 2020-ci ilin noyabr ayında Vyananın mərkəzində İŞİD tərəfdarı tərəfindən silahlı hücum təşkil edilmiş, hücumda 4 nəfər həlak olmuş, 23 nəfər yaralanmışdı.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya təbii qaz böhranında ABŞ-ı günahlandırdı DÜNYA

Aynur Camal

Həftədə 4 gün iş kampaniyası: daha 200 şirkət iştirak etdi

Aynur Camal

Altun İsrail-Fələstin münaqişəsi ilə bağlı “dezinformasiya ilə mübarizə aparmağa” çağırır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu