8 C
Baku
12 Dekabr 2024, 8:47
Baş xəbərDünya

“The Guardian”: Qərbin Sudan münaqişəsinə diqqəti zəiflədi

Ukrayna müharibəsi və Qəzza sektorunda yaranan gərginlik fonunda Qərb ölkələrinin Sudandakı münaqişəyə diqqəti nəzərəçarpacaq dərəcədə zəifləyib.

Bugun.tv “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Böyük Britaniyadakı Sudan diasporunun və beynəlxalq humanitar təşkilatların fikrincə, Sudan xalqının problemləri “Qəzza və Ukraynadakı böhranlarla rəqabət aparır”.

Sudanda vəziyyətin gərginləşdiyi səkkiz ay ərzində ABŞ Prezidenti Cozef Bayden də sələfləri kimi, ölkəyə xüsusi səfir göndərməyib. Halbuki o, Birləşmiş Ştatların Afrika ölkəsindəki böhrana reaksiyasını formalaşdıra və ABŞ səfirliyinin hərbi əməliyyatların başlanması ilə ölkəni tərk etməsi nəticəsində yaranan boşluğu doldura bilər.

Xatırladaq ki, aprel ayında Suveren Şuranın sədri olan ordu başçısı Əbdül Fəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması vaxtı və ordunun baş komandanının kim olacağı ilə bağlıdır. Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda iki struktur arasında toqquşmalar başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə zamanı 12,5 mindən çox insan ölüb, 24,7 milyon nəfər humanitar böhranla üzləşib, 1,45 milyondan çox sudanlı isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Tərəflər Ciddədə bir sıra məsləhətləşmələr keçirib. Ordu ilə xüsusi təyinatlılar arasında bir neçə dəfə atəşkəs elan edilsə də, əldə olunan razılaşmalar tam yerinə yetirilməyib. Bu səbəbdən danışıqlar qeyri-müəyyən müddətədək dayandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada yeni qırğın! Beyt Lahiyadakı bombardman: 25 ölü

Aynur Camal

Ukraynadan Belarusa sərt xəbərdarlıq: Onu birbaşa hədəfə alacağıq!

Aynur Camal

ABŞ Rusiyadan qorxdu: Kiyev səfirliyini bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu