20 C
Baku
9 Sentyabr 2025, 8:24
Baş xəbərDünya

The New York Times: “İran İsrailin diplomatik obyektlərinə hücum edə bilər”!

Bu gün “The New York Times” qəzetində “Hizbullah-İsrail qarşıdurması ilə İranın növbəti addımı daha sadə ola bilər” başlıqlı yazı dərc edilib.

Qeyd edilib ki, daha genişmiqyaslı müharibə ilə bağlı həftələrlə regional qorxulardan sonra Hizbullahın İsrailə məhdud hücumları onu göstərir ki, İran da müttəfiq kimi eskalasiya riskini dəf etmək istəyir.

Bununla bağlı, qəzet Pentaqonun Yaxın Şərq əməliyyatlarına nəzarət edən Mərkəzi Komandanlığının (#CENTCOM) keçmiş rəhbəri, istefada olan general Kennet Makkenziyə istinadən yazıb: “İran HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsinə cavab olaraq Avropa, Afrika və ya Cənubi Amerikadakı İsrailin diplomatik obyektlərinə hücum edə bilər. Zəif cəhətlərinə görə səfirliklər asan hədəflər sayılır”.

Mənbə: The New York Times

Aynur Camal

Oxşar xəbərlər

Ermənistanın TIR şousu davam edir

Elnarə Dərziyeva

Zəncirvari qəza oldu: 12 yaralı var

Bugün TV

Gürcüstanlı hücumçu A seriyasının ən yaxşı qolunun müəllifi oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu