DünyaHadisə

“Thodex”in qurucusu Türkiyəyə gətirildi

Bugun.tv xəbər verir ki, söhbət türkiyəli iş adamı Faruk Fatih Özerdən gedir.

Türkiyə Ədliyyə Nazirliyi Xarici Əlaqələr və Avropa Birliyi Baş İdarəsi Özerin ekstradisiyasını tələb edib. Nazir Bəkir Bozdağ albaniyalı həmkarı Ulsi Manja ilə telefon danışığı aparıb. Tərəflər arasında Özerin ekstradisiya məsələsi müzakirə olunub. Albaniyanın Türkiyəyə ekstradisiyasına qərar verdiyi Özer təyyarə ilə İstanbula gətirilib.

Qeyd edək ki, “Thodex” kriptovalyuta birjasının qurucusu minlərlə insanı aldatdığı üçün ötən il qırmızı bülletenlə axtarışa verilmişdi. O, avqustun 30-da Albaniyanın Vlora şəhərində tutulub.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Turistlər kütləvi şəkildə otellərdən küçələrə çıxarılır

Aynur Camal

Minlərlə insan Beyrutdan ayrılır — təhlükəsizlik narahatlığı artır

Aynur Camal

İran: Qlobal qida və yanacaq qiymətləri artımı ölkədə narazılıqları artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu