8 C
Baku
12 Dekabr 2024, 8:47
Baş xəbərSiyasət

Tibb Təhsili üzrə Beynəlxalq Konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Bugun.tv xəbər verir ki,oktyabrın 7-də Tibb Təhsili üzrə Beynəlxalq Konfransın (ICME) fəxri qonaqları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər qoyulub. Konfransın fəxri qonaqları daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üstünə gül dəstələri düzüblər.

Qeyd edək ki, ilk dəfə olaraq Tibb Təhsili üzrə Beynəlxalq Konfrans Azərbaycanda keçirilir.

Azərbaycan Tibb Universitetinin və Pakistanın Rifah Universitetinin birgə təşkilatçılığı ilə “ICME 2023” Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın təntənəli açılış mərasimi oktyabrın 9-da olacaq.

“Tibb təhsilinin transformasiyası: tendensiyalar, problemlər və həllər” mövzusuna həsr edilmiş konfransda dünyanın 20-dən çox ölkəsindən 400 mütəxəssis iştirak edir.

Tədbirdə tibb təhsilinin bütün aspektlərini, müasir problemləri əhatə edən məruzələr dinlənilir, təcrübə mübadiləsi aparılır, müzakirələr keçirilir.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Abdullahiyan: “Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız heç bir tərəfə qarşı olmayacaq”

Nigar Məmmədova

Meşə yanğını! 60 min hektardan çox!  

Bugün TV

Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu