Sosial

Tibbi arayışların güzəştli olması müzakirə olunur

Son günlər tibbi arayışların ödənişli olması ilə bağlı bir sıra müzakirələr aparılır. Milli Məclisdə də bu məsələ dəfələrlə müzakirəyə çıxarılıb. Millət vəkili Rəşad Mahmmudov ATV Səhərə müsahibəsində bildirib ki, bir qrup şəxslər bu arayışı ödənişsiz əldə edə bilərlər.

Millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, ölkəmizdə bir çox qrup var ki, bunlar 18 yaşına qədər olan bütün uşaqlar, ali təhsil məktəblərində oxuyan tələbələrimiz, eləcə də xüsusi kateqoriyadan olan insanlar, bunların sağlamlıq haqqında arayışı dövlət tərəfindən, yəni büdcədən ödənilir. Əslində sağlamlıq haqqında arayışın verilməsi üçün ehtiyac olan həkim baxışlarının miqdarına baxdığımız zaman fərqli kateqoriyadan 7,8 ixtisas qrupunda baxıldıqdan sonra verilən bu arayışın qiyməti dünya standartlarına görə ucuzdur.

“Amma burada məsələ bundadır ki, bu ödəmənin kim tərəfindən həyata keçirilməsi və əsasən də bunun icbari sığorta paketi  içərisinə daxil etmək olarmı? Əlbəttə ki, bu mövzu Mili Məclsiin Səhiyyə Komitəsinin iclaslarında, eləcə də aidiyyatı qurumların rəhbərləri ilə müzakirə olunub. Hazırda ölkəmizdə həyata keçirilən icbari tibbi sığortanın yeni mexanizmlərinin inkişafı, eləcə də bunun daha da genişləndirilməsi çərçivəsində işlər görüləcək. Əminəm ki, gələcək illərdə buna nail olacayıq”, -deyə millət vəkili vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Bakı Dövlət Universitetində layihə gerçəkləşdirib

Kəmalə Sultan

Britaniyalılar Şuşada unudulmaz anlar yaşadı – FOTO

Aynur Camal

Deputat məişət zorakılığı ilə bağlı qanuna dəyişiklik təklif etdi – VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu