Bugun.tv xəbər verir ki, Avstraliyanın Sidney şəhərindəki Westfield Bondi Junction ticarət mərkəzində 6 nəfəri öldürən hücumçunun kimliyi məlum olub. Ətrafındakı insanları böyük bıçaqla bıçaqlayan 40 yaşlı təcavüzkar Joel Cauchi beş qadın və bir kişi olmaqla altı nəfəri öldürdükdən sonra polis tərəfindən güllələnib. Hadisə zamanı bir körpə də daxil olmaqla bir neçə nəfər yaralanıb. Səlahiyyətlilər hücumun çox güman ki, “Kauçinin psixi sağlamlığı ilə əlaqəli olduğunu” bildiriblər.
Yeni Cənubi Uelsin polis rəisi Karen Uebb, Cauchi-nin xüsusi olaraq qadınları hədəf alıb-almaması sualına bunun “istintaqın aspektlərindən biri” olduğunu deyərək cavab verdi. Bununla belə, Webb hücumun “terror aktı” olmadığını və polisin “ideoloji motivin” olmadığına inandığını bildirib.
Müxbir: Şəms Elnurqızı