Bugun.tv xəbər verir ki, Aydının Kuyucak rayonunda avtomobilin vurması nəticəsində idarəetmədən çıxan pikapda olan 4 nəfər yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım, jandarma və xilasetmə qrupları sövq edilib. Yük maşınında sıxılmış vəziyyətdə qalan yaralılar yanğınsöndürənlər tərəfindən xilas edilib. Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra təcili yardımlarla Nazilli Dövlət Xəstəxanasına aparılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.
TRT Haberin məlumatına görə, avtomobilin sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.
Müxbir: Şəms Elnurqızı
