16 C
Baku
27 Oktyabr 2025, 19:57
DünyaKriminal

Ticarət mərkəzində 6 nəfəri bıçaqlayaraq öldürən şəxsin kimliyi məlum oldu

Bugun.tv xəbər verir ki, Avstraliyanın Sidney şəhərindəki Westfield Bondi Junction ticarət mərkəzində 6 nəfəri öldürən hücumçunun kimliyi məlum olub. Ətrafındakı insanları böyük bıçaqla bıçaqlayan 40 yaşlı təcavüzkar Joel Cauchi beş qadın və bir kişi olmaqla altı nəfəri öldürdükdən sonra polis tərəfindən güllələnib. Hadisə zamanı bir körpə də daxil olmaqla bir neçə nəfər yaralanıb. Səlahiyyətlilər hücumun çox güman ki, “Kauçinin psixi sağlamlığı ilə əlaqəli olduğunu” bildiriblər.

Yeni Cənubi Uelsin polis rəisi Karen Uebb, Cauchi-nin xüsusi olaraq qadınları hədəf alıb-almaması sualına bunun “istintaqın aspektlərindən biri” olduğunu deyərək cavab verdi. Bununla belə, Webb hücumun “terror aktı” olmadığını və polisin “ideoloji motivin” olmadığına inandığını bildirib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Mətbəxdən qarışqaların uzaqlaşdırmağın yolu

Aynur Camal

İranda 7 nəfər edam edildi

Nigar Məmmədova

AB liderləri sənaye üçün xilasetmə planları ilə bağlı müzakirəyə giriblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu