14 C
Baku
13 Mart 2025, 11:40
Baş xəbərDünya

Ticarət müharibəsində qısa fasilə: ABŞ Kanadaya tarifləri ən azı 30 gün dayandırır

Kanadanın Baş naziri Castin Trudeau, Kanadanın 1,3 milyard dollarlıq sərhəd planını həyata keçirəcəyini və sərhəd təhlükəsizliyini artırmaq üçün atacaqları tədbirlərə cavab olaraq ABŞ-ın ölkəyə tətbiq etdiyi 25 faizlik gömrük rüsumunun ən azı 30 gün müddətinə dayandırılacağını açıqlayıb. Trudeau X sosial media hesabında məsələ ilə bağlı yazı paylaşıb.

ABŞ prezidenti Donald Trampla yaxşı görüş keçirdiklərini ifadə edən Trudeau, Kanadanın 1,3 milyard dollarlıq sərhəd planını həyata keçirəcəyini bildirib.

Trudeau, sərhədi yeni helikopterlər, texnologiya və personalla gücləndirəcəklərini, fentanil axınının qarşısını almaq üçün Amerikalı tərəfdaşları və resursları ilə koordinasiyanı artıracaqlarını bildirib.

Təxminən 10 min personalın sərhədi qorumaq üçün çalışdığını və çalışacağını ifadə edən Trudeau, həmçinin Kanadanın “Fentanyl Czar” təyin etmək üçün yeni öhdəliklər götürdüyünü, kartelləri terrorçular siyahısına salacaqlarını, sərhəddə 7/24 nəzarəti təmin edəcəklərini, mütəşəkkil cinayətkarlıq, fentanil və çirkli pulların yuyulması ilə mübarizə aparacaq. Özünün də mütəşəkkil cinayət və fentanillə bağlı yeni kəşfiyyat direktivi imzaladığını və buna 200 milyon dollarla dəstək verəcəklərini ifadə edən Trudeau, “Birgə işlədiyimiz müddətdə gömrük vergisi qanun layihəsi ən az 30 gün dayandırılacaq” deyib.

TRAMPIN BƏYANATLARI

Tramp “Truth” sosial media hesabında bu açıqlamaları verib:

“Prezident kimi bütün amerikalıların təhlükəsizliyini təmin etmək mənim məsuliyyətimdir və mən bunu edirəm. Mən bu ilkin nəticədən çox məmnunam və şənbə günü elan edilən tariflər 30 gün müddətinə dayandırılacaq. Kanada ilə yekun iqtisadi razılaşmanın əldə edilib-edilməyəcəyinə baxın”.

Ontario Baş naziri Doug Ford X sosial media hesabında ABŞ-ın Kanadaya gömrük rüsumlarını 30 gün müddətinə dayandırmaq qərarı haqqında danışıb.

Sözügedən yazıda “şad xəbərləri olduğunu” ifadə edən Ford, “ABŞ gömrük vergilərini dayandırdığı üçün Ontario da cavab tədbirlərini dayandıracaq” deyib.

“Əgər (ABŞ Prezidenti Donald) Tramp tarifləri tətbiq etməyə davam edərsə, biz Amerika məhsullarını Ontario Alkoqollu İçkilərə Nəzarət Şurasının (LCBO) rəflərindən çıxarmaqdan çəkinməyəcəyik” deyə Ford mesajını verdi.

Kanada və ABŞ-ın “Çin ilə real ticarət müharibəsinə diqqət yetirməli olduğunu” müdafiə edən Ford, “Qazanmaq istəyiriksə, bir-birimizlə deyil, birlikdə mübarizə aparmalıyıq” qiymətləndirməsini etdi.

“Ontario Spirtli İçkilərə Nəzarət Şurası hər il təxminən 1 milyard dollar dəyərində Amerika şərabı, pivəsi, spirtli içkiləri və mineral suyu satır. Biz artıq onları satmırıq” deyə Ford bildirib.

Ford, Amerika məhsullarının əyalətdəki rəflərdən çıxarılacağını və bu məhsulların stoklanmasının qarşısını almaq üçün kataloqdan da çıxarılacağını bildirmişdi.

Bundan əlavə, Ford Kanada vətəndaşlarını yerli istehsalı dəstəkləməyə təşviq etmək üçün müəssisələrdən bu məhsulların yanında Kanada bayrağı yerləşdirməyi xahiş etdi.

ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı fərmanla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumu tətbiq edib.Tramp Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığından sonra Meksikanın sərhəd təhlükəsizliyini artırması müqabilində bu ölkəyə tətbiq edilən gömrük rüsumlarını 1 ay müddətinə dayandırdığını açıqlayıb.

Daha sonra Tramp Kanadaya qarşı gömrük rüsumlarının 30 gün müddətinə dayandırıldığını açıqlayıb.

Mənbə: Bloomberg

Aynur Camal

Oxşar xəbərlər

İngiltərədən ‘birdəfəlik elektron siqaret’ qərarı: Satışını qadağan edir

Aynur Camal

186 illik tarixi məscid uçdu: 10 nəfər öldü

Bugün TV

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu