Baş xəbərDünya

Ticarət mərkəzində 2 müsəlman qadına hücum edən qadın saxlanıldı

Avstraliyada ticarət mərkəzində 2 müsəlman qadına hücum etməkdə ittiham olunan qadın saxlanılıb. BBC-nin məlumatına görə, fevralın 13-də Viktoriya ştatının Melburn şəhərindəki ticarət mərkəzində bir qadın 30 yaşlı hamilə qadına və digər 26 yaşlı qadına hücum edib.

Ticarət mərkəzində hamilə qadına arxadan yaxınlaşan təcavüzkar onun baş örtüyündən tutaraq “onu boğmağa çalışıb”, təxminən 10 dəqiqə sonra isə başqa bir qadını itələyib sillələyib.

Viktoriya polisi hücumçunun bu gün saxlanıldığını və “hücum və qəsdən yaralama” maddəsi ilə ittiham edildiyini açıqlayıb.

Avstraliyanın baş naziri Entoni Albanese jurnalistlərə verdiyi açıqlamada hücumu “qınanaq” hadisə kimi qiymətləndirib.

Albanese hökumətinin anti-müsəlman (islamofobik) hücumları antisemit hücumlardan daha az ciddi qəbul etməsi ilə bağlı tənqidləri rədd edərək dedi: “İnsanlara inanclarına görə bütün hücumları ciddiyə alıram və onlar qanunun bütün qüvvəsi ilə üzləşməlidirlər” deyib.

Avstraliya hökumətinin İslamofobiya ilə mübarizə üçün təyin etdiyi xüsusi nümayəndə Aftab Malik ABC News-a verdiyi açıqlamada ölkədə hər cür nifrətin bitməli olduğunu və liderlərin Melburndakı bu hücumu pisləməli olduğunu bildirib.

Avstraliya İslam Şuraları Federasiyasının prezidenti Rateb Cneid fevralın 17-də verdiyi bəyanatda ölkədə müsəlmanlara qarşı hücumlardan narahatlığını ifadə edib və hökumətin reaksiyasını “son dərəcə qeyri-adekvat” adlandırıb.

Avstraliyada nifrət və terror cinayətlərinə görə 1 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutan qanun fevralın 7-də qüvvəyə minib.

Avstraliyanın bu günə qədər qəbul etdiyi “ən sərt qanunlar” olaraq xarakterizə edilən nifrət cinayətlərinə qarşı yeni qanun, nasist salamı vermək kimi “yüngül” nifrət cinayətləri üçün ən azı 12 ay, terrorizmlə əlaqəli nifrət cinayətləri üçün isə 6 ilə qədər həbs cəzası nəzərdə tutur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Perunun şimalında 5 bal gücündə zəlzələ baş verdi

İntizar Əmirova

Qəzzada hökumətin mətbuat ofisi yalnız 70 min insanın cənuba köç etdiyini açıqlayıb

Bugün TV

İranın Bakıdakı səfiri XİN-ə çağırıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu