Baş xəbərDünyaTexnologiya

TikTok-a giriş məhdudlaşdırılıb

Bu gündən etibarən Qırğızıstanda istifadəçilər Google, Opera və Safari kimi brauzerlər vasitəsilə sosial media platforması TikTok tətbiqinə daxil ola bilməyəcəklər.

Mobil telefonlarda Apple və Google Play Store proqramlarından quraşdırılan TikTok versiyası işləməyə davam edir.

Bugun.tv xəbər verir ki, Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlardan qorumaq üçün 2023-cü ilin avqustunda ölkədə TikTok-un qadağan edilməsi barədə qərar qəbul edib. Nazirlik qərarın icrası üçün həmin gün “Rəqəmsal İnkişaf Nazirliyi”nə müraciət edib.

Sözcünün məlumatına görə dünən Rəqəmsal İnkişaf Nazirliyi internet provayderlərinə TikTok-a girişi məhdudlaşdırmaq üçün məktub göndərib.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu