17 C
Baku
10 İyun 2025, 7:33
Dünya

“TikTok-a qoyulan qadağa ifadə azadlığına zərər verir”

TikTok xəbərdarlıq edib ki, ABŞ-ın sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.

BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib.

Sözçü ABŞ-ın TikTok-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozduğu barədə xəbərdarlıq etsə də, ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını müdafiə edib.

ABŞ Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

TikTok-un “milli təhlükəsizliklə bağlı problem yaratdığı” səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çin şirkəti ByteDance platformanı təhvil verməli olacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

HƏMAS hüquqi hesabat hazırlayır

Kəmalə Sultan

Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 30-a çatdı

Aynur Camal

Rusiya üç tonluq superbomba istehsal etməyə başladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu