21 C
Baku
14 Sentyabr 2025, 3:31
Dünya

“TikTok-a qoyulan qadağa ifadə azadlığına zərər verir”

TikTok xəbərdarlıq edib ki, ABŞ-ın sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.

BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib.

Sözçü ABŞ-ın TikTok-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozduğu barədə xəbərdarlıq etsə də, ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını müdafiə edib.

ABŞ Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

TikTok-un “milli təhlükəsizliklə bağlı problem yaratdığı” səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çin şirkəti ByteDance platformanı təhvil verməli olacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Məscidin qarşısına 4 siçovul qoyan şəxs irqçi nifrət cinayətlərinə məhkum edildi

Aynur Camal

Rusiya daha 1000 ukraynalı əsgərin cəsədini qaytardı

Aynur Camal

Microsoft hər kəsi məyus edə bilər: Windows kompüterləri üçün flaş dəyişikliyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu