TikTok-un ABŞ-dakı Google Play Store və App Store-a qayıdıb, qısa müddətə giriş bloklandıqda oradan silindiyi bildirilib. NBC News-un məlumatına görə, Google və Apple rəsmiləri TikTok tətbiqinin platformalarından endirilməsi ilə bağlı açıqlama veriblər.
Açıqlamada bildirilib ki, yanvarın 19-da ölkədə qısa müddətə tətbiq edilən giriş blokuna görə ABŞ-da Google Play Store və App Store-dan silinən TikTok tətbiqi bu platformalara qayıdıb. Buna uyğun olaraq ABŞ-da telefonlarında TikTok tətbiqi olmayanlar proqramı bu platformalardan endirə biləcəklər.
Giriş qadağasının aradan qaldırılması ilə artıq tətbiqi telefonlarında olanlar TikTok-dan istifadə etməyə davam edə bilərlər. Lakin yanvarın 19-dan ABŞ-da istifadəçilər Google Play Store və App Store-dan bu proqramları endirə bilmirlər.
ABŞ prezidenti Donald Tramp bu gün verdiyi açıqlamada bildirib ki, TikTok Amerika şirkətinə satılmasa, ABŞ-da TikTok-u qadağan edən qanunun icrasının dayandırılması 75 gün müddətinə uzadıla bilər.
TikTok, Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-da qadağan ediləcəyini nəzərdə tutan qanuna uyğun olaraq yanvarın 19-da bu ölkədə istifadə üçün bağlanıb və həmin gün tətbiq yenidən açılıb.
ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin ilk günündə bu qanunun icrasının 75 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.
Tramp TikTok-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün bunun 50 faizinin ABŞ şirkətinə verilməsini istədiyini ifadə edərək, “TikTok-u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Çinin də təsdiqi lazımdır, amma əminəm ki, onlar da təsdiq edəcəklər. Verməsələr, Çinə tarif tətbiq edəcəyik” deyib.
Digər tərəfdən, məşhur sosial şəbəkə tətbiqinin bağlanmasının qarşısını almaq üçün Tramp administrasiyası qərara səbəb olan məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlara həll yolu tapmalıdır.
TikTok-un ana şirkəti ByteDance Çində qeydiyyatdan keçmiş şirkət olduğundan, o, ölkə qanunlarına uyğun olaraq, lazım gəldikdə istifadəçi məlumatlarını dövlətlə paylaşmağa borcludur.
Mənbə: EnSonHaber