36 C
Baku
20 İyul 2025, 16:34
Baş xəbərHadisə

“TikTok” İsveçdə Qurana hücum edən Momikanın hesabını bağladı

Bugun.tv xəbər verir ki, məşhur sosial media platforması “TikTok” İsveçdə Qurani-Kərimə hücumları ilə tanınan İraq əsilli Salvan Momikanın hesabında pul qazanma funksiyasını bağlayıb.

İsveç dövlət radiosu SR-ə verdiyi açıqlamada, “TikTok” rəsmiləri Momikanın hesabının monetizasiya funksiyasının deaktiv edildiyini təsdiqləyiblər.

Ölkənin rəsmi xəbər agentliyi TT-yə açıqlama verən Momika “TikTok”da canlı yayımladığı Qurana hücum videolarının bir milyondan çox izləyiciyə çatdığını bildirib.

Canlı yayımda “TikTok”dan 1 saat ərzində 100 ilə 300 dollar arasında qazandığını qeyd edən Momika, başqa gəlirinin olmadığını və “TikTok”un bu gəlir gətirən xüsusiyyətini söndürdüyünü bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

6,9 bal gücündə zəlzələ baş verib

Bugün TV

Yunanıstanda Covid-19 səbəbiylə ölüm nisbəti artdı

İntizar Əmirova

Yapon zəlzələ eksperti İstanbula xəbərdarlıq etdi!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu