11 C
Baku
26 Mart 2026, 20:23
Baş xəbərDünyaTexnologiya

TikTok-un taleyi Amerikada “həll edilir”

ABŞ Konqresində “TikTok”un baş direktorunun iştirakı ilə dinləmələr keçirilir. O, Nümayəndələr Palatasını amerikalıların proqramdan istifadəsinin təhlükəsiz olduğuna inandırmağa çalışır.

Qeyd edilib ki, TikTok üçün ABŞ 150 milyondan çox istifadəçisi olan ən böyük bazarlardan biridir.

Konqres Çin hakimiyyətinin amerikalıların məlumatlarına çıxışı olub-olmadığını anlamaq istəyir və əgər belədirsə, video platformanı qadağan etmək və ya ən azı Çin hakimiyyətindən müstəqilliyinə nail olmaq istəyir. Amerika həssas məlumatların sızmasından qorxur.

Çıxış edən TikTok baş direktoru Şou Tzu Çu söz verdi ki, heç bir sızma mümkün olmayacaq, “müstəqil üçüncü tərəf” şirkəti ABŞ-da izləyə biləcək: “Birincisi, təhlükəsizliyimizi prioritetimizə çevirəcəyik, xüsusən də söhbət yeniyetmələrə aiddir. İkincisi, amerikalıların məlumatları istənilən xarici müdaxilədən qorunacaq. Üçüncüsü, TikTok hökumətin manipulyasiyasından azad olacaq. Dördüncüsü, biz müstəqil üçüncü tərəf tərəfindən şəffaflığa və monitorinqə razıyıq” – deyə bildirib.

Mənbə: radio.ozodi

Aynur Camal

Oxşar xəbərlər

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

NATO: İrandan Türkiyəyə yönələn ballistik raketlər uğurla zərərsizləşdirilib

Aynur Camal

Cənubi Koreyada İslama maraq artır: əsas səbəb dini təlim proqramlarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu