16 C
Baku
16 Noyabr 2025, 5:01
Dünya

Timsah gənc oğlana hücum etdi

Hadisə Avstraliyanın Şimal ərazisində baş verib. Belə ki, daşqınların olduğu bölgədən insanların təxliyyəsi  zamanı timsah bir yeniyetməni  dişləyib. Gənc dərhal müalicə üçün yerli klinikaya aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə yağan güclü yağış Avstraliyanın Şimal ərazisində daşqınlara səbəb olub. Viktoriya çayının yuxarı hissəsi böyük daşqın səviyyəsinə çatdığından bu həftə dörd ucqar bölgə üçün fövqəladə vəziyyət elan edilib. Avstraliya Müdafiə Qüvvələri güclü yağışdan sonra daşqınların vurduğu  ərazilərə yardım etmək üçün çağırılıb.

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, Meteorologiya bürosu, Viktoriya çayının Kalkarindjidə 14 metr yüksəkliyə çatdığını, hazırda isə azaldığını söyləyib.

Bugün TV

Oxşar xəbərlər

Rusiya Xarici İşlər Nazirliyinə kiberhücum: “Görünməmiş miqyasda”

Aynur Camal

Apple, Google, Samsung və digər ağıllı saat lentlərində yüksək miqdarda zəhərli kimyəvi maddələr aşkar edilmişdir

Aynur Camal

Rəsmi olaraq elan etdilər! Türkiyə vətəndaşlarının Norveçdə mülk sahibi olmaq və yaşamaq hüququ var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu