Titanik qalıqlarının rəqəmsal skanının ətraflı təhlili tarixin ən məşhur dəniz fəlakətinin son saatlarında baş verənləri ortaya qoyub.
Buna uyğun olaraq gəmi batana qədər işıqları açıq saxlamaq üçün qazanlara kömür atan işçilər sayəsində xilasedici qayıqlar təhlükəsiz şəkildə suya endirilib və çoxlu sayda insanın həyatı xilas edilib.
BBC xəbər verir ki, Titanik gəmisinin ilk tam miqyaslı skanerində əldə edilən üçölçülü rəqəmsal görüntülər gəminin batmasından əvvəlki proseslə bağlı yeni təfərrüatları üzə çıxarıb. Aysberqə çarpdıqdan sonra ikiyə bölünən gəminin 3D görüntüləri ilk dəfə olaraq 3800 metr dərinlikdə olan gəminin qalıqlarını bütünlüklə göstərib. Tədqiqat üçün gəminin qalıqlarını hər tərəfdən göstərən 700.000-dən çox görüntüdən istifadə edilib.
Əldə edilən görüntülər gəminin batmasına səbəb olan səbəblərdən birinin A4 kağızı ölçüsündə çoxlu dəliklərin olduğu, toqquşma zamanı aysberq parçalarının bəzi sərnişin kabinələrinə girdiyi müəyyən edilib. Gəminin qazanxanasının yeni görüntüləri işçilərin gəminin işıqlarını yandırmamaq üçün mübarizə apardığını ortaya çıxarıb. Titanik mütəxəssisi Parks Stephenson, işıqları yandırmaq üçün sobalara kömür yığan mühəndislər qrupunun səyləri sayəsində çoxlu sayda insanın həyatının xilas edildiyini söyləyib. Stivenson işçilərin işıqları və elektrik enerjisini sona qədər işlək vəziyyətdə saxladıqlarını qeyd edərək, “Bu, ekipajın xilasedici qayıqları qaranlıqda deyil, zəif işıqda təhlükəsiz suya salmaq üçün vaxt verdi” deyib. İncelenen görüntülərdə gəminin batmasından sonra buxar klapanının açıq tapıldığını deyən Stivenson bu vəziyyəti sübut edib və bu heyətin qəhrəmancasına hərəkət etdiyini qeyd edib.
Lüks kruiz layneri Titanik 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən 2224 sərnişin və ekipajla Nyu Yorka yola düşdü. Gəmi 15 aprel 1912-ci ildə aysberqə çarpdıqdan sonra Şimali Atlantika sularında batıb. Qəzada 1500-dən çox insan həyatını itirib. Qəza yerinə çatan “Karpatiya” gəmisi cəmi 710 nəfəri xilas edə bilib.
Mənbə: HurriYet