14 C
Baku
7 Aprel 2026, 19:42
İdman

Tofiq Musayev döyüş meydanında məğlub oldu

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev  növbəti dəfə meydana çıxıb. O, “Bellator”da  rusiyalı rəqibi Aleksandr Şablıya məğlub olub.

Bugun.tv xəbər verir ki, döyüş  San Xosedə (Kaliforniya, ABŞ) Bellator 292 turniri çərçivəsində baş tutub.

Həmçinin, rusiyalı Usman Nurməhəmmədov Bellator Qran Prisinin 1/4 finalında keçmiş UFC kəmərinin sahibi amerikalı Benson Hendersonu məğlub edib.

Nurməhəmmədov ilk raundda rəqibini boğaraq ona qalib gəlib. O, 2022-ci ildə qazandığı kəməri qoruyub.

Qeyd edək ki, 24 yaşlı Nurməhəmmədovun hesabında 17 qələbə var, heç bir itki yoxdur. Hendersonun isə, 39 yaşı var. Onun hesabında 30 qələbə və 12 məğlubiyyət var. O, 2012-2013-cü illərdə  üç dəfə UFC titulunu qoruyub.

Bugün TV

Oxşar xəbərlər

İran DÇ-2026 oyunlarını Meksikada keçirmək istəyir

Aynur Camal

Beyin sağlamlığını qorumaq və insult riskini azaltmaq necə mümkündür

Aynur Camal

Mütəxəssislər: Qısa hərəkət zehni yorğunluğu azaltmağa kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu