9 C
Baku
9 Fevral 2026, 16:29
Baş xəbərDünya

Tokionun “Haneda” beynəlxalq aeroportunun fəaliyyəti tam bərpa olundu

Təyyarələrin toqquşması nəticəsində fəaliyyəti pozulan Tokionun “Haneda” beynəlxalq hava limanı normal vəziyyətə qayıdıb.

Bugun.tv xəbər verir ki, toqquşmuş təyyarələrin qalıqları təmizləndikdən sonra yanvarın 8-də hava limanının qəza baş verən uçuş-enmə zolağı fəaliyyətini bərpa edib. Artıq “All Nippon Airways” və “Japan Airlines” ləğv olunan uşuşların bərpası barədə açıqlama verib.

Qeyd edək ki, yanvarın 2-də yerli vaxtla saat 17:47-də “Japan Airlines” şirkətinə məxsus “Airbus 350” tipli təyyarə “Haneda” hava limanına eniş edərkən Yaponiya sahil mühafizə xidmətinə məxsus “Bombardier” təyyarəsi ilə toqquşaraq alovlanıb. Yanan “Airbus” təyyarəsindəki 379 sərnişin və heyət üzvü 18 dəqiqə ərzində təxliyə edilib, onlardan 14 nəfəri yüngül xəsarət alıb. Toqquşmadan sonra başlayan yanğın 8 saata söndürülüb və hər iki təyyarə yararsız hala düşüb.

İlkin təhqiqatın nəticələrinə əsasən, sahil mühafizə xidmətinə məxsus təyyarənin uçuş zolağına çıxmaq üçün icazəsi olmayıb. Qəzadan sonra “Haneda” aeroportundakı bütün dörd uçuş-enmə zolağında uçuşlar dayandırılıb. Sonrakı günlərdə digər zolaqlarda uçuşlar bərpa olunsa da, toqquşmanın baş verdiyi zolaqda təyyarələrin qalıqlarının təmizlənməsi prosesi altı gün davam edib.

Bugün TV

Oxşar xəbərlər

Minlərlə insan İsrail Prezidenti Hersoqun səfərinə etiraz edib

Aynur Camal

Hər gün sup içmək vacibdirmi? Qastroenteroloq açıqladı

Aynur Camal

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu